Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 Sentyabr 2021 / 16:16

60 000-DƏN ÇOX İNSANIN ÖLÜMÜNƏ SƏBƏB OLAN TERRORÇUBAŞI ÖLDÜ

Peruda solçu radikal terrorçu təşkilatı olan “Sendero Luminoso”nun qurucusu Abimael Quzman 86 yaşında həbsxanada ölüb.

TASS xəbər verir ki, bu barədə ölkənin penitensiar xidmətinin mətbuat xidməti məlumat yayıb.

Kallaoda Hərbi Dəniz Qüvvələrinin bazasının ərazisində yerləşən həbsxanada cəzasını çəkən məhkum Abimael Quzman səhhətində olan problemlər səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Quzman 1992-ci ilin sentyabrında həbs edilib və ömürlük cəzaya məhkum edilib.

Xatırladaq ki, 1980-ci ildən bəri Perudakı “Sendero Luminoso” təşkilatının törətdiyi terror aktları nəticəsində 60 mindən çox insan ölüb. Ölkəyə vurulan maddi ziyanın təxminən 25 milyard dollar olduğu təxmin edilir. Quzmanın həbsindən sonra qrup nüfuzunu itirməyə başlayıb, lakin son illərdə ekstremistlər Peru ordusuna və hüquq-mühafizə orqanlarına hücumları davam edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!