Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Sentyabr 2021 / 14:33

“VİRUS UZUN İLLƏR HƏYATIMIZDA QALA BİLƏR”

Koronavirus, onun mutasiya olunmuş növləri və yeni ştamlara qarşı peyvəndin etibarlı olması şübhə altındadır.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib.

İkili doza vaksinin koronavirusa 70 faiz son qoya biləcəyini ifadə edən Klüge yeni ştamların mövcudluğuna təsir edib-etməyəcəyinin şübhə doğurduğunu əlavə edib.

ÜST rəsmisi hazırda sürətlə yayılmaqda olan delta ştamına qarşı daha tutarlı peyvəndin hazırlanmasının zəruriliyini vurğulayıb.

“Virusun qrip kimi uzun illər həyatımızda qala biləcəyini nəzərə alsaq, peyvənd strategiyamızı da buna uyğunlaşdırmalıyıq”, – Klüge əlavə edib.

ÜST-ün regional direktoruna görə, hökumətlər də tezliklə yeni strategiyalar təyin etməlidirlər. Əks təqdirdə, bütün dünyanı uzun müddət çətin günlər gözləyir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!