13 Sentyabr 2021 / 08:47

TƏBİB SƏDRİNİN MÜŞAVİRİ DƏ İSTEFA ƏRİZƏSİ YAZIB

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev vəzifəsindən azad olunması ilə bağlı ərizə ilə müraciət edib.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!