Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu ilin əvvəlindən investorlar Avropa fondlarından ən azı 27 milyard dollar çıxarıblar, çünki onların effektivliyinə inanmırlar.
Bloomberg “Bank of America Corp”-un məlumatlarına istinadən yazır ki, son 16 həftə ərzində bu fondlar investisiyaların xaricə axınından əziyyət çəkir.
Qeyd olunur ki, təkcə 19-25 iyun həftəsində Aİ-dən 4,6 milyard dollar həcmində ən böyük maliyyə axını baş verib. Analitiklərin fikrincə, bu, investorların böyük təsir və çəkiyə malik olan ABŞ fondlarına üstünlük verməsi ilə əlaqədar baş verib. Həmçinin, bəzi ABŞ investorları bu il regionda işgüzar aktivliyin azalması səbəbindən Avropa səhmlərini dempinq etməyə başlayıblar.
E.ŞİRİNOV