24 İyul 2023 / 13:46

GÜZƏŞTLİ KREDİTLƏR DAHA ÇOX BU PRİORİTET SAHƏLƏRƏ AYRILIR

Sahibkarlığın İnkişafı Fondunun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə 2023-cü il üçün iqtisadiyyatın sahələri üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlər açıqlanıb.

Fonddan “TEZADLAR.AZ”a verilən məlumata görə, cari ildə güzəştli kreditlər 8 istiqamət üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ayrılır.

Bu istiqamətlərə qeyri-neft sənayesi, anbar komplekslərinin yaradılması, rəqəmsal inkişaf və innovasiya, balıqçılıq və akvakultura, turizm, kənd təsərrüfatı, logistik xidmətlər və “yaşıl” layihələr daxildir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!