26 İyul 2023 / 05:22

BAKI NƏQLİYYAT AGENTLİYİNDƏ ƏMƏLİYYAT- SAXLANILANLAR VAR

Nəhayət, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi uzun müddətdir paytaxt sakinlərinin ciddi narazılıq etdiyi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirib…

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Təzadlar”a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri dünən gecə saatlarında da davam edib. Məlumatda bildirilir ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.

“Təzadlar”ın əldə etdiyi məlumatlara görə, BNA-nın bir neçə maddi məsul şəxsi saxlanılıb. Adları rəsmi məlumatdan sonra tərəfimizdən açıqlanacaq.

“Təzadlar”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!