3 Avqust 2023 / 15:35

“HİCAZ 313”-ÜN İSTEHLAKA YARARSIZ KOLBASA MƏHSULLARI MƏHV EDİLDİ

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu sahədə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, “Hicaz 313” MMC-nin istehlaka yararsız qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında iki adda, ümumi çəkisi 3,9 ton kolbasa məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!