Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Moskva Ankara və Doha ilə birlikdə ən kasıb ölkələrə taxıl tədarük etməyə hazırdır.
Tezadlar.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Rusiya-Türkiyə danışıqlarının yekunları üzrə deyib.
“Biz təşəbbüsləri birlikdə təşviq etməyə hazırıq – cənab Türkiyə Prezidenti təkid etdiyi kimi, Qara dəniz təşəbbüsünə qayıtmağa və Türkiyə və Qətərlə birlikdə ən yoxsul ölkələrə taxıl tədarük etməyə hazırıq”, – o deyib.
Bundan əvvəl Putin Rusiya Federasiyasının Türkiyədə emal üçün güzəştli qiymətlə 1 milyon ton taxıl tədarükünü və ən yoxsul ölkələrə pulsuz daşınmasını təşkil edəcəyini bildirmişdi. Onun sözlərinə görə, Rusiya bu məsələdə Qətərin köməyinə ümid edir.
E.ŞİRİNOV