Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Anadangəlmə ürək qüsurları çox geniş rast gəlinən problemlərdən biridir. Yeni doğulan körpələrin bir qismində belə qüsurlar aşkarlanır. Son illər belə uşaqların sayının artdığı da bildirilir. Bəs anadangəlmə ürək xəstəliklərinin səbəbləri hansılardır?
“Anadangəlmə ürək qüsurları üçün ən ciddi risk faktoru qohum evlilikləridir”.
Bunu aritmoloq, invaziv kardioloq Fərid Əliyev Səhiyyə Nazirliyinin “Instagram” hesabında “Ümumdünya Ürək Günü” mövsuzunda təşkil olunan canlı yayımda çıxışı zamanı deyib.
F.Əliyev bildirib ki, ürək xəstəliyi riski hamiləliyin 5-6-cı həftəsində ana bətnində ürəyin formalaşdığı andan başlayır: “Əgər uşağımızın ürək qüsurlu olmasını istəmiriksə, qohum evliliyindən uzaq olmalıyıq. Bu, sadəcə ürək xəstəlikləri üçün deyil, digər xəstəliklər üçün də keçərlidir”.
E.ŞİRİNOV