2 Noyabr 2023 / 13:34

PREZİDENT BENZİNİN QİYMƏTİNİN SABİTLƏŞMƏSİ İLƏ BAĞLI HESABAT GÖZLƏYİR

Rusiya prezidenti Vladimir Putin noyabrın 10-dək, sonra isə yenidən dekabrın 8-nə kimi benzin və dizel yanacağının qiymətlərinin sabitləşdirilməsi tədbirləri ilə bağlı hesabatları gözləyir.

Tezadlar.az bildirir ki, bu barədə Kremlin saytında məlumat verilib.

“Rusiya Federasiyası Hökuməti şaquli inteqrasiya olunmuş neft şirkətlərinin iştirakı ilə benzin və dizel yanacağının pərakəndə və topdansatış qiymətlərinin sabitləşdirilməsi, habelə yerli kənd təsərrüfatı istehsalçılarını kifayət qədər yanacaqla təmin etmək üçün tədbirlər görür”, – deyə dövlət başçısının sentyabrın sonunda hökumətlə keçirdiyi görüşdən sonra bu gün dərc edilən tapşırıqların siyahısında deyilir.

“Hesabat 2023-cü il noyabrın 10-u və dekabrın 8-nə qədər təqdim edilməlidir”, – sərəncamda deyilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!