Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Moskva polisi paytaxtın cənubunda qadının öldürülməsinin səbəblərini araşdırır.
Tezadlar.az xəbər verir ki, bu barədə paytaxtın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İdarədən verilən məlumata görə, cinayət Akademika Millionşçikova küçəsindəki binada yerləşən mənzildə törədilib. Hücum edən şəxs 37 yaşlı qadını boğub.
“Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb”, – məlumatda deyilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər hadisə yerinə baxış keçirir, qonşuları dindirirlər. Tezliklə ekspertiza, o cümlədən tibbi müayinə təyin olunacaq. Cinayətkarın şəxsiyyəti müəyyənləşdirilir.
E.ŞİRİNOV