Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 Oktyabr 2021 / 06:52

“ƏGƏR ERMƏNİSTAN BİR DÖVLƏT KİMİ MÖVCUD OLMAQ İSTƏYİRSƏ…”

“Zəngəzur dəhlizinin açılması, sadəcə, zaman məsələsidir, istər İran, istər Ermənistan olsun, buna mane ola bilməz”.

Bunu mətbuata açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib: “Cənab prezident qəti şəkildə dedi ki, istəsələr də, istəməsələr də, Zəngəzur dəhlizini açacağıq! O dəhliz açılandan sonra, əlbəttə, bölgədə vəziyyət tamamilə dəyişəcək. Zəngəzur dəhlizinin açılması həm iqtisadi, həm də siyasi cəhətdən bölgədə tamamilə yeni situasiya yaradacaq. Əgər Ermənistan bir dövlət kimi mövcud olmaq istəyirsə, o, Azərbaycan və Türkiyə ilə münasibətlər qurmalıdır. Hər iki ölkənin ərazi bütövlüyünü tanımalı, “Dağlıq Qarabağ” iddialarından tamamilə imtina etməlidir, status məsələsini birdəfəlik yaddan çıxartmalıdır, bunlar artıq arxivdədir”.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!