27 Dekabr 2023 / 08:07

2024-CÜ İLDƏ PENSİYAÇILAR ÜÇÜN YAŞAYIŞ MİNİMUMU 222 MANAT MÜƏYYƏN OLUNUB

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu imzalayıb.

TEZADLAR.AZ xəbər verir ki, Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

“Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” Qanunla isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!