Əsas məzmuna keç

Ukraynada sülh Avropanın yeni təhlükəsizlik arxitekturasının bir hissəsi olacaqmı?

“ABŞ yaxın həftələrdə Ukrayna, Rusiya və Avropa nümayəndələri ilə Avropanın yeni təhlükəsizlik arxitekturası ilə bağlı məsləhətləşmələr aparmağı planlaşdırır”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner bildirib. Onun sözlərinə görə, Donald Tramp Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsini nəzərdən keçirməyə hazırdır. Kuşner onu da qeyd edib ki, bu zəmanətlər konkret və hüquqi baxımdan rəsmiləşdirilmiş olmalıdır. O əlavə edib ki, Ukraynaya təhlükəsizlik zəmanətləri Avropanın gələcək təhlükəsizlik sistemindən ayrı nəzərdən keçirilə bilməz. ABŞ yaxın həftələrdə tərəflərlə danışıqları davam etdirəcək.

Müharibə isə hələki davam edir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…