29 Yanvar 2024 / 13:53

QEYRİ-NEFT MƏHSULLARININ İXRACINDA YENİ REKORDA İMZA ATILIB

2023-cü ildə Azərbaycandan 110-dan çox ölkəyə 3,348 mlrd. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

TEZADLAR.AZ xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu, əvvəlki illə müqayisədə 9,8% çoxdur və yeni tarixi rekord hesab olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!