Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Gürcüstanda yaşayan Azərbaycanlıların bu ölkənin həm də siyasi həyatında fəal iştirakı olduqca vacibdir…
Bunun üçün isə gürcü dilini bilmək əsasdır. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bir neçə aydır “Lelo” partiyasının Kvemo Kartli üzrə nümayəndəsi kimi fəaliyyət göstərən həmyerlimiz Aqil Mustafayevə daha bir vəzifə həvalə olunub. Bu barədə partiyanın sədri Mamuka Xazaradze dünən Marneulidə partiya tərəfindən təşkil olunan iftar mərasimində açıqlama verib. O bildirib ki, A. Mustafayev bundan sonra həm də partiyanın siyasi şurasının üzvü kimi təmsil olunacaq.
Bəli, Gürcüstanda fəaliyyət göstərən diasporlarımız və bu ölkədə öncül vəzifələrdə təmsil olunan soydaşlarımız gənclərimizin Gürcüstanın siyasi həyatında da fəal iştirakına dəstək verməlidirlər.
A.Məmmədli