Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu dəfə FIFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibi olmuş “Qarabağ” klubunu təbrik edib.
Tezadlar.az xəbər verir ki, funksioner bununla bağlı AFFA prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb. Məktubda deyilir: “Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!
Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm. Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm.”.
“Qarabağ” belə yüksək təbriklərə layiqdir…