Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Oktyabrın 29-da DİN-in “102 – Zəng Mərkəzi”nə zəng edən şəxs Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki orta məktəblərdən birinin damına bomba qoyulması barədə məlumat verilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, lakin fakt təsdiqini tapmayıb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxs – Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı P.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı maddəsi (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.