Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Nəhayət, UEFA Konfrans Liqasının qalibi müəyyənləşdi…
Tezadlar.az CBC- İdman- a istinadla bildirir ki, Yunanıstanın “Olimpiakos” və İtaliya təmsilçisi “Fiorentina” klublarının üz-üzə gəldiyi final matçında birincilər minimal hesablı qələbə qazanıb. Afinadakı “AEK Arena”da baş tutan matçın əsas vaxtı 0:0 hesabı ilə nəticələndiyindən, qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. 116-cı dəqiqədə florensiyalıların qapısına yol tapan El Kaabi “Olimpiakos”un qələbə qolunun müəllifi olub.
Qeyd edək ki, “qırmızı-ağlar” tarixində ilk dəfə yüksəldiyi avrokubok finalında Konfrans Liqasının qalibi adını qazanıb.