Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2024 / 07:49

GÜZƏŞTLİ KREDİTLƏRİN BÖLGÜSÜNDƏ MİKRO SAHİBKARLARIN PAYI ÜSTÜNLÜK TƏŞKİL EDİB

Bu ilin yanvar-may ayları ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən verilən kreditlərin layihə sayı üzrə 99,9 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.

TEZADLAR.AZ Sahibkarlığın İnkişafı Fondunun məlumatına əsasən xəbər verir ki, hesabat dövründə güzəştli kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsündə mikro sahibkarların payı 97,3 faiz, kiçik sahibkarların payı 1,9 faiz, orta sahibkarlıq subyektlərinin payı isə 0,7 faiz təşkil edib.

Xatırladaq ki, cari ilin ilk beş ayı ərzində Fond tərəfindən 2261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verilib ki, bunun hesabına 1223 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!