Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 İyun 2024 / 13:10

ÇİN ŞİRKƏTLƏRİ İLƏ ƏMƏKDAŞLIQ MÜZAKİRƏ EDİLİB

Energetika naziri Pərviz Şahbazov “China Southern Power Grid Company” və “Powerchina Huadong Engineering Corporation Limited” şirkətlərini təmsil edən Avrasiya Regionu üzrə baş menecer Zhu Bonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, görüşdə ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi çərçivəsində cari onillik ərzində mövcud elektrik enerjisi şəbəkəsinə inteqrasiya ediləcək yaşıl güclər barədə məlumat verilib. Qarşı tərəfin batareya tipli və hidroenerji əsaslı enerji saxlanc sistemlərinə dair təkliflərini özündə ehtiva edən təqdimatı dinlənilib. Hər iki texnologiyanın spesifik xüsusiyyətləri nəzərdən keçirilib, saxlanc sistemlərinin Azərbaycanda külək və günəş stansiyaları ilə birgə tətbiqi müzakirə edilib.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!