Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Energetika Nazirliyində əməkdaşların informasiya təhlükəsizliyi sahəsində maarifləndirilməsi, kibertəhdidlərə qarşı tədbirli olmalarının təmin edilməsi, fərdi kibergigiyenaya diqqət və elektron təhlükələr barədə məlumatlandırılması məqsədilə “İnformasiya kommunikasiya texnologiyalarından istifadə və informasiya təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
Nazirlikdən Tezadlar.az-a verilən məlumata görə, qurumun Elektron idarəetmə sektorunun müdiri Turan Bağırovun mövzu ilə əlaqədar təqdimatı dinlənilib, dövlət qurumlarında ən çox rast gəlinən kiberhücumlar, virusların növləri və onları aşkar etməyin yolları barədə ətraflı praktiki məlumat verilib, fişinq hücumlardan yayınmaq, şifrələrin daha təhlükəsiz olması üçün istifadə edilən simvollarla bağlı tövsiyələr dinlənilib, iştirakçıların sualları cavablandırılıb.
R.XUDATQIZI