Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 İyul 2024 / 07:21

BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİNƏ HƏSR OLUNMUŞ TƏLİM KEÇİRİLİB

ADA Universitetində Energetika Nazirliyinin təşkilatçılığı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Enerji Təhlükəsizliyi və Xalis Sıfır İdarəsinin dəstəyi ilə Azərbaycanda təmiz enerjiyə keçid mövzusunda təlim keçirilib.

Energetika Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, təlimdə dənizdə külək enerjisi, yaşıl hidrogen istehsalı, istixana effekti yaradan qazların azaldılması, neft və qaz sektorunun dekarbonizasiyası üzrə təqdimatlar nümayiş edilib, Birləşmiş Krallıq tərəfi son dövrlərdə təmiz enerjiyə keçid sahəsində olan təcrübəsini iştirakçılarla bölüşüb. Sual-cavab sessiyasında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimdə Energetika Nazirliyi, Nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi,  eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR, bp, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələri iştirak edib. 

R.XUDATQIZI

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!