Əsas məzmuna keç

KÜLƏKLİ HAVA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR “SARI” XƏBƏRDARLIQ EDİLDİ

Avqustun 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən “sarı” xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, “sarı” xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Şabran, Siyəzən, Şamaxı, Qobustan, Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Cəbrayıl, Salyan, Şirvan, Biləsuvar, Neftçala, Cəlilabad, Naxçıvan, Ordubad və Culfada fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…