24 Avqust 2024 / 09:40

CÜDOÇULARIMIZIN 3-Ü ALDIQLARI ZƏDƏLƏRƏ GÖRƏ ƏMƏLİYYATA MƏRUZ QALIBLAR

Bir müddət məşqlərə qoşula bilməyəcəklər.

Azərbaycan millisinin cüdoçuları Gültac Məmmədəliyeva, Elcan Hacıyev və Yaşar Nəcəfov əməliyyat olunublar.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Bildirilib ki, idmançılarımız ölkə xaricindən dəvət edilmiş yüksək səviyyəli ixtisaslaşmış cərrah tərəfindən əməliyyat olunublar.

Gültac Məmmədəliyevada sol çiynindəki zədə səbəbindən Latarjet əməliyyatı, Yaşar Nəcəfovda labrum yırtığı üçün ankorla artroskopik SLAP lezionunun refiksasiyası və Elcan Hacıyevdə Akromioklavikulyar oynağın minimal invaziv refiksasiyası və Endobutton ilə ön çarpaz bağ rekonstruksiyası əməliyyatları uğurla həyata keçirilib.

Məmmədəliyevanın 16-20 həftə (təxminən 4-5 ay), Nəcəfovun 12 həftə (təxminən 3 ay) və Hacıyevin 20-24 həftə (təxminən 5-6 ay) sonra məşqlərə qayıtması gözlənilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!