4 Sentyabr 2024 / 09:15

ENERGETİKA NAZİRİ XAÇMAZDA VƏTƏNDAŞLARI QƏBUL EDƏCƏK

Energetika naziri Pərviz Şahbazov sentyabrın 12-də Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən Tezadlar.az-a verilən məlumata görə, qəbul saat 11:00-dan başlayaraq Xaçmaz rayon Heydər Əliyev Mərkəzində (ünvan: Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 72) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev),  elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Famil Əliyev; əlaqə telefonları: (+99423) 325-12-38, (050) 235-17-57, elektron poçt ünvanı: office.khachmaz@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin   internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!