Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 2,4 dəfədən çox artaraq 717,7 milyon dolları üstələyib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.
Beləliklə, Azərbaycandan ABŞ-yə ixrac: 103,37 milyon dollar (+16,5 dəfə), ABŞ-dən Azərbaycana idxal: 614,33 milyon dollar (+2,1 dəfə) təşkil edib.
Ümumi ticarət dövriyyəsindəki payı: Cari ilin ilk 7 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində ABŞ ilə ticarətin payı 2,66 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,7 faiz bəndi çoxdur.