Əsas məzmuna keç

BAKI DA TƏL-ƏVİVƏ UÇUŞLARI DAYANDIRASI OLDU

Azərbaycanın milli aviadaşıyıcısı AZAL İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıdan Ben Qurion Hava Limanına (Təl-Əviv) və əks istiqamətdə reysləri dayandırıb.

Bu barədə TEZADLAR.AZ-a  “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Təl-Əvivə aviabiletləri olan sərnişinlər vəsaitlərini tam geri ala və ya biletlərini başqa reysə cəriməsiz dəyişə bilərlər.

Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların bərpası ilə bağlı əlavə məlumat vəziyyətdən asılı olaraq açıqlanacaq. Aviaşirkət hər hansı dəyişiklik barədə dərhal sərnişinləri məlumatlandıracaq.

Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın Çağrı mərkəzinə müraciət edə bilərlər: callcenter@azal.az.

Qeyd edilir ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…