Əsas məzmuna keç

AZƏRBAYCANA 1 HƏFTƏ ƏRZİNDƏ 10 TONADƏK BALIQ İDXAL EDİLİB – RUSİYADAN

Bu ilin 20-26 sentyabr tarixlərində Rusiyanın Həştərxan vilayətindən Azərbaycana 9,9 ton balıq tədarük edilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) məlumatında  deyilir.

Belə ki,  xidmətin müvafiq idarəsi tərəfindən Azərbaycana göndərilən məhsullara baytarlıq nəzarəti tədbirləri həyata keçirilib. İxrac edilən məhsul alıcı ölkənin tələblərinə cavab verib, onun keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının aktları ilə təsdiqlənib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…