26 Fevral 2025 / 10:09

“Xocalıda tökülən qan yerdə qalmadı və…”- ADİL MİNBAŞI

“Erməni cəlladlarının Xocalıda törətdiyi qeyri-insani əməllər həmişə qınanacaq və heç vaxt unudulmayacaq… Və Xocalıda baş verənlər bir daha Ermənistanın siyasi və hərbi rəhbərliyinin mahiyyətini ortaya qoydu…”. Baş ədliyyə müşaviri, tanınmış politoloq və hüquqşünas Adil Minbaşı Xocalı şəhidlərinə Allahdan rəhmət diləyərək 33 il əvvəl baş vermiş o qanlı gecəni yenidən xatırlayaraq “Təzadlar”a bunları dedi:

-Bilirsiz, tarix heç vaxt ədalətsizliyi qəbul etmir, belə əməllər unudulmur. Zaman-zaman yazılacaq və deyiləcək ki, Xocalı soyqırımı nəinki insanlıq əleyhinə hərbi cinayətdir, eləcə də orada baş verənlər Ermənistanın siyasi-hərbi kimliyini dünyaya anlatmış oldu… Görürsünüz, o qan yerdə qalmadı, tarix bunları bağışlamadı. O əməllərdən ittiham edilərək bu gün Bakıda məhkəmə qarşısında deməyə söz tapmayan, imdad diləyən Arayik Harutunyan, Arkadi Qukasyan, Bako Saaakyan, Davit İşxanyan, Davit Manukayan, Ruben Vardanyan və başqaları nəinki o günahsız insanların ruhları qarşısında, eləcə də dünya ictimaiyyəti və siyasətçiləri, bu cür əməllər törətmək istəyənlər önündə günahkar kimi dayanıblar… Bu bəşəriyyətə, insanlığa bir dərsdir, nümunədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Vaxt gələcək, Xocalı qırğınının ssenaristi olan Koçaryan da, Sarkisyan da məhkəmə qarşısında dayanacaqlar…”.

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!