27 Fevral 2025 / 18:00

Bələdiyyələr torpaqları istədikləri qiymətə sata bilməyəcəklər – qiymətləndiricilər qərar verəcək

Bələdiyyələr bundan sonra satdıqları torpaqları özləri qiymətləndirə bilməyəcəklər.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu günki iclasında “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq bir sıra qanunlarında dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyyə olundu.

TEZADLAR.AZ xəbər verir ki. bu barədə MM-in deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.

“İclasda təqdim etdiyim dəyişikliklərdə mühüm məqamlardan biri də bələdiyyə mülkiyyətində olan torpaq sahələrinın satışı, eləcə də hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiymətinin müəyyən olunması sahəsində səlahiyyətin tənzimlənməsini ilə bağlı idi. Yeni dəyişikliklərə əsasən, torpağın qiyməti bilavasitə bələdiyyələr tərəfindən deyil, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa uyğun olaraq müəyyən ediləcək. Dəyişikliklərə əsasən, bələdiyyə torpaqlarının qiyməti qiymətləndiricilər tərəfindən müəyyənləşdiriləcək
Bu dəyişiklik sözügedən sahədə şəffaflığın daha da gücləndirilməsi, maraqların toqquşmasının qarşısının alınması və sui-istifadə hallarının aradan qaldırılması baxımdan vacib idi”, – deyə qeyd edib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!