Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Öcalan səhvini başa düşdü, tərəfdarlarına “Silahı yerə qoyun!” deyib. Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Parti) nümayəndələri bu gün Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanla görüşüb və onun mesajı nümayəndə heyəti tərəfindən canlı yayımda ictimaiyyətə çatdırılıb. Bu müraciətin detallarını “Sabah” qəzeti yayıb. Öcalan PKK-nın tarixi inkişafı ilə bağlı açıqlamalar verərək, artıq bu quruluşun sona çatmasının lazım olduğunu bildirib. O, kürd və türk xalqlarının min illər boyu davam edən ittifaqının tarixi əhəmiyyətini vurğulayıb. Öcalan demokratik cəmiyyətin əhəmiyyətini qeyd edərək bildirib ki, müasir dövrdə kürdlər demokratik mənada təşkilatlanmalıdırlar. Bu səbəbdən də o, silahları yerə qoymağa çağırış edib və “bu tarixi məsuliyyəti” öz üzərinə götürüb. Nəhayət, Öcalan PKK-nın özünü ləğv etməsinin lazım olduğunu, dövlət və cəmiyyətlə bütövləşmək üçün bu qərarın qəbul edilməsini açıqlayıb.
Abdullah Öcalanın çağırışına qruplaşmanın Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslimdən cavab gəlib. O, Öcalanın çağırışını dəstəkləyib.
Beləliklə, terrora yox deməyin məqamı gəldiyini başa düşmək yaxşı əlamətdir…
A.Məmmədli