Əsas məzmuna keç

Aşıq Hüsən Şəmistanoğlunun Qazaxdakı qəzada xəsarət alan gəlininin vəziyyəti açıqlanıb

Dünən axşam saatlarında Qazaxın Aslanbəyli kəndində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza baş verib.

979-cu il təvəllüdlü İttifaq Müsədirovun etibarnamə olmadan idarə   etdiyi “Opel Astra H” markalı avtomobil qarşıdan gələn, 1989-cu il təvəllüdlü Sənan Dəryahquluyevin idarə etdiyi “Tofaş” markalı avtomobillə toqquşub.

Tezadlar.az  xəbər verir ki, qəzada həlak olanlar tanınmış aşığın ailə üzvləri olub.

Belə ki, “Opel” markalı avtomobillə toqquşan “Tofaş”da həlak olan 37 yaşlı Sənan Dərgahquliyev ölkənin qərb bölgəsində tanınmış el sənətkarı olan Aşıq Hüsən Şəmistanoğlunun övladıdır.

Qəzada Sənanın 8 yaşlı qızı Güllər və 2018-ci il təvəllüdlü bacısı oğlu Məhəmməd də ölüb. Onun həyat yoldaşı 30 yaşlı Türkan Dərgahquliyeva isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həmçinin digər avtomobilin sürücüsü İttifaq Müsəddirov da hadisə yerində həlak olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki,  TƏBİB-dən verilən məlumata görə,  yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1996-cı il təvəllüdlü Türkan Dərgahquliyevanın müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir.

Onun vəziyyəti ağır qiymətləndirilir.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…