Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Gəncə şəhəri, T.Arani və Kimyaçılar küçələrinin kəsişməsində fiziki şəxs Verdiyev Bəhruz Vüqar oğluna məxsus məntəqədə dana əti adı altında satışa çıxarılan ətdən götürülmüş nümunələrin müayinəsi nəticəsində camış DNT-si və E.coli bakteriyası aşkarlanıb.
Bu barədə Tezadlar.az-a Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
Araşdırmalar davam etdirilir.
R.XUDATQIZI