Əsas məzmuna keç

FHN-in Şimal-Qərb Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə hündürmərtəbəli binalardan zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.

FHN-in mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması olub.

Təlim zamanı xilasedicilər xüsusi vasitələrlə şərti zərərçəkmişləri “hündürmərtəbəli bina”dan, həmçinin “lift boşluğundan” təxliyə edərək, onlara “təxirəsalınmaz ilkin yardım” göstəriblər.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…