31 Mart 2025 / 11:32

Turqut Özal və rüşvət alan nazir dostu

…Türkiyə qanunlarla idarə olunan dövlətdir və kimin suçu varsa hər kəs cəzasını almalıdır, alacaq da: ölkə Prezidenti R.T.Ərdoğan olsun, yaxud Ə.İmamoğlu, fərq etməz!
 Tezadlar.az sosial mediada yer almış bir hadisəni təqdim edir: Türkiyə Cümhuriyyətinin sabiq prezidenti Turqut Özalın nazir təyin etdiyi dostu İsmail Özdağların rüşvət aldığı meydana çıxanda Turqut bəy onu vəzifəsindən azad edir. Qaranlıq düşəndə həyat yoldaşı ilə bağışlanmaq üçün T.Özalın evinə gələn İsmail Özdağların üzünə qapını açmırlar.
Növbəti gün səhər yeməyi zaman həyat yoldaşı Səmrəl Turqut Özalın gözlərinin qıp-qırmızı olduğunu görür və soruşur:
– Gözlərin niyə qızarıb?
Turqut Özal:
-Səhərə kimi yatmamışam.
Səmrəl Özal:
-Niyə yatmadın?
Turqut Özal:
-Çünki, dostumu itirdim.
Səmrəl Özal:
-Gərək sən dostunu evə buraxaydın.
Turqut Özal:
-Onda Türkiyəni itirərdim.
Allah Türkiyəni qorusun!
Qılman İman
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!