Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın pilotsuz təyyarələri partlayıcı maddələr istehsal edən zavodu vurub. Tezadlar.az Rusiya mediasına istinadla bildirir ki, bu gün ad prelin 5-nə keçən gecə Ukraynanın pilotsuz təyyarələri Samara vilayətinin Çapayevsk şəhərindəki Promsintez müəssisəsinə hücum edib. Ukrayna mənbələri isə yazır ki, bu zavod MDB-də sənaye partlayıcıları – ammonal, ammonit, qranulit istehsalı üzrə aparıcı istehsalçılardan biridir. Mənbənin sözlərinə görə, zavodda azı 20 partlayış və bir neçə yanğın hadisəsi qeydə alınıb. Zavod rəhbərliyi texnoloji prosesləri dayandırıb.
Rusiya Müdafiə Nazirliyindəki mənbə də faktı təsdiqləyib.
A.Məmmədli