Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna ilə neft danışıqlarına rəhbərlik edən ABŞ-ın maliyyə naziri Skott Bessent Ukrayna prezidenti Vladimir Zelenski barədə deyib ki, o Ağ Evdı olarkən ən sadı məsələlərin belə həllinə mane oldu, o artisdir və ətrafından aldığı məsləhətlərlə aranı qatdı.
Tezadlar.az Reuters-ə istinadla xatırladır ki, Bessent, əvvəllər Rusiya prezidenti Vladimir Putindən müsahibə alan Taker Karlsonla olan müsahibəsində isə deyib ki, ABŞ prezidenti Donald Tramp ondan Ukrayna ilə iqtisadi saziş üzrə danışıqlar aparmağı xahiş edib, çünki bu, “sülh planının bir hissəsi idi”. Sitat: “Biz ukraynalılarla saziş bağlayacağıq və bu, bir neçə məsələni həll edəcək. Birincisi, bu, ABŞ və Ukraynanı tərəfdaş edəcək, bizi daha sıx bağlayacaq. İkincisi, bu, Rusiya rəhbərliyi üçün ABŞ-ın Ukraynanı tərk etməməsinin simvolu olacaq. Və ən əsası, bu, Amerika xalqına göstərəcək ki, bizim iqtisadi maraqlarımız var və biz Ukraynanın böyük bir tərəfdaşı ola bilməyəcəyik” kimi fikirləri alt- üst edəcək…”.
Nazir Kiyevə səfəri zamanı Zelenskinin müqaviləni imzalamaq istəməməsindən və guya Münhendə imzalayacağına söz verdiyindən, lakin orada da bunu etməməsindən şikayətlənib. Bundan sonra ukraynalılar, Bessentin sözlərinə görə, “Ağ Evə gəlmək üçün yalvaracaqlar”.
Beləcə, ABŞ- ın məlum sülh sazişində və müharibəyə son qoymaq təşəbbüsündə iqtisadi, Rusiyanın qalib olmaq, Zelenskinin isə məğlub olmamaq kimi maraqları vardır…
A.Məmmədli