11 Aprel 2025 / 12:14

Körpüdən uçan taksidəki qadın: “Sürücü qəribə səslər çıxararaq qaza basdı…”

Xəbər verdiyimiz kimi, ötən gün paytaxt Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə şütüyərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdıb və  prospektin əsas hissəsinə düşüb.

Tezadlar.az  xəbər verir ki, qəza zamanı avtomobildə olan sərnişin Sevda Həşimova “Günə son” verilişinə açıqlamasında bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov qeyri-adekvat hərəkətlər edib.

Onun sözlərinə görə, proqram vasitəsilə taksi sifariş edib. Sərnişin bildirib ki, A. Nəcəfov isə onu götürərək nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməyə başlayıb:

“Avtomobilə yeni minmişdim ki, sürücü qəribə səslər çıxarmağa başladı və ayağını da qaza basdı. Hələ çox getməmişdik, körpüyə çatanda bir də gördüm ki, uçuram”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!