Əsas məzmuna keç

Avstraliyanın ilk yerli istehsallı hərbi gəmisinin qalığı 128 ildən sonra tapıldı

Avstraliyanın ilk yerli istehsallı hərbi gəmisi olan HMCS Spitfire-in qalığı 128 ildən sonra Kvinslend sahillərində tapılıb.

Tezadlar.az xəbər verir ki, Avstraliya Kral Donanmasının minaaxtaran gəmisi 21 avqust 1898-ci ildə Piper adası yaxınlığında batan HMCS Spitfire-in qalığı üçün geniş axtarışını başa vurduğu açıqlanıb.

Mümkün Rusiya işğalından qorunmaq üçün inşa edilən Avstraliyanın ilk yerli istehsallı hərbi gəmisinin qalığı batmasından düz 128 il sonra, 21 avqustda Kvinslend sahillərində aşkar edilib.

Avstraliya Müdafiə Nazirliyinin açıqlamasında kəşfin elan edilməsinin gecikməsinin gəmi qəzalarını qoruyan qanunlar çərçivəsində dövlət qurumları arasında bildiriş prosesləri ilə bağlı olduğu izah edilib.

Kvinslend rəsmiləri HMCS Spitfire-in batmasından 128 il sonra kəşfini “böyük şans” adlandırıblar.

Britaniya Kral Donanmasına məxsus HMCS Spitfire gəmisi Krım müharibəsi zamanı mümkün rus işğalına qarşı mübarizə aparmaq üçün 1855-ci ildə istifadəyə verilmişdi, lakin müharibə gəmi istifadə edilməzdən əvvəl başa çatıb.

Kvinslend ştat hökuməti Spitfire gəmisini 1885-ci ildə balıqçılıq əməliyyatlarında istifadə etmək üçün özəl mülkiyyətə keçirib. Gəmi 21 avqust 1898-ci ildə Piper adası sahillərində suya girdikdən sonra batıb.

ELBAR

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…