Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Belqorod vilayətində enerji infrastrukturu obyektlərinə iki dəfə zərbə endirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Ukrayna “bu ilin martın 18-dən 30 gün ərzində enerji obyektlərinə zərbələri dayandırmaq barədə Rusiya-Amerika razılaşmalarını pozaraq, Rusiyanın enerji infrastrukturuna birtərəfli hücumları davam etdirir”.
“Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın enerji obyektlərinə iki hücumu qeydə alınıb. Aprelin 11-də Moskva vaxtı ilə saat 19:02-də Belqorod vilayətində “Rosseti Mərkəzi” ASC-nin Belqorodenerqo filialının “Neçayevka” elektrik qurğusunun Ukrayna Silahlı Qüvvələri tərəfindən qəsdən atəşə tutulması nəticəsində naqillərdəki qırılma səbəbindən 10 kV-luq yüksək gərginlikli xətt kəsilib. Şebekinski rayonunda 600-dən çox məişət istehlakçısı işıqsız qalıb. Aprelin 12-də Moskva vaxtı ilə saat 10:16-da “Rosseti Mərkəzi” ASC-nin “Belqorodenerqo” filialının “Krasnaya Yaruqa” elektrik qurğusunun Ukrayna Silahlı Qüvvələri tərəfindən qəsdən atəşə tutulması nəticəsində Stepnoye kəndindəki məişət istehlakçıları dayaqlardakı naqillərin qırılması səbəbindən işıqsız qalıb.
ELBAR