Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Aprel 2025 / 18:51

İlk azərbaycanlı professor-pediatrın yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və 2 №-li kitabxana filialı xalqı, milləti qarşısında böyük xidmətləri olan Azərbaycan pediatriya məktəbinin banisi, professor Əbülfəz Fərəc oğlu Qarayevin 140 illik yubileyi ilə əlaqədar videoçarx hazırladı. Videoçarxda qeyd olunur ki, professor Əbülfəz Qarayev həm həkim, həm də şəxsiyyət kimi hörmət və ehtiramla yad edilir. Videoçarxda Azərbaycanda pediatriyanın qazandığı nailiyyətlərin təməlində həkim və alim Əbülfəz Qarayevin gördüyü işlərin dayandığı haqqında məlumat verilir. Onun həyatının əsas məqamları işıqlandırılıb, mükafatları qeyd olunub. Bildirilir ki, Azərbaycanın ən böyük və nüfuzlu uşaq xəstəxanası Əbülfəz Qarayevin adını daşıyır.

Videoçarx kitabxananın YouTube kanalında yerləşdiirlib:

https://www.youtube.com/watch?v=4Qdu9yMPB70&t=6s 

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!