Əsas məzmuna keç

AzTV rəhbərliyi bu məsələyə aydınlıq gətirdi

“Azərbaycan Televiziya və Radio verilişləri QSC-yə aid olan televiziyalarda həyata keçirilən dəyişikliklərlə bağlı yayılan dezinformasiyalar, xüsusən də kanalların loqoları həqiqəti əks etdirmir”. Bu barədə mediaya AzTV-dən məlumat verilib. “Yaxın zamanlarda ciddi format və qrafika, texniki və studiya dəyişiklikləri olacaq, xüsusən də AzTV kanalı yeni formatda yayımlanacaq və bu proses baş verəndən sonra ictimaiyyətə daha geniş məlumat veriləcək. Lakin buna qədər həmkarlarımızdan dəqiqləşdirilməyən məlumatlardan, xüsusən də yanlış loqolardan istifadə etməməyi xahiş olunur”, – məlumatda qeyd olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…