Bildirilib ki, 5 il ərzində Bolqarıstanda dövlət qurumlarının informasiya sistemlərini hədəf alan kiberhücumların bir hissəsi olaraq 62 milyon səhifədən çox sənəd ələ keçirilib.
Tezadlar.az xəbər verir ki, Bolqarıstan İnnovasiya və Rəqəmsal Transformasiya naziri İvan Vasilev mətbuata açıqlamasında dövlət qurumlarını hədəf alan ən uzun müddətdir bilinən kibercasusluq hücumunun uğurla qarşısının alındığını bildirib.
Vasilev çoxsaylı beynəlxalq haker qruplarının 2021-ci ildən bəri dövlət qurumları tərəfindən sənəd mübadiləsi üçün istifadə edilən sistemlərə gizli giriş əldə etdiyini və dövlətin fəaliyyəti ilə bağlı həssas məlumatlar topladığını bildirib.
Vasilev hücum edənlərin ən azı 130 giqabayt və ya 62 milyon səhifədən çox dövlət sənədini ələ keçirdiyini bildirib, lakin indiyə qədər Bolqarıstan vətəndaşlarının şəxsi məlumatlarının oğurlanmasına dair heç bir dəlil tapılmadığını qeyd edib.
İvan Vasilev illərdir kiberhücumların aşkarlanmamasının köhnəlmiş mühafizə sistemlərinin inteqrasiya olunmuş şəkildə işləməməsindən qaynaqlandığını və bu fəaliyyətlərin yeni milli kibertəhlükəsizlik sisteminin tətbiqi ilə aşkarlandığını bildirib.
Vasilev hücumçuların mənşə ölkələri haqqında məlumat verməsə də, hücumçuların istifadə etdiyi infrastrukturun əlaqəsinin kəsildiyini və zərərli proqramın hökumət sistemlərindən tamamilə silindiyini bildirib.
ELBAR







