Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 May 2025 / 13:41

Naxçıvanda vergi daxilolmaları 22,8 faiz artıb

2025-ci ilin yanvar-aprel ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 77,3 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 22,8 faiz və ya 14,4 milyon manat çoxdur.

Tezadlar.az xəbər verir ki, qeyri-dövlət sektorundan daxilolmalar 52,3 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 11,8 milyon manat və ya 29,1 faiz çox olub.

Ödənilən vergilərin 67,7 faizi qeyri-dövlət sektorunun, 32,3 faizi isə dövlət sektorunun payına düşüb.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!