Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünyada məşhur olan Kann Film Festivalının təşkilatçıları 78-ci dəfə keçiriləcək tədbirin dress-kod qaydalarına dəyişiklik ediblər.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Qeyd olunub ki, qonaqlara qırmızı xalçada açıq-saçıq paltar geyinmək qadağan edilib.
Qonaqlara xəbərdarlıq edilib ki, əgər onlar uyğun olmayan libaslar geyinsələr, tədbirə buraxılmayacaqlar. Onlar ,həmçinin qırmızı xalçada və ya zalda hərəkətə mane ola biləcək uzun və həcmli paltarlar geyinməyi də qadağan ediblər.
Qeyd edək ki, kinofestival sabah start götürəcək və mayın 24-dək – 10 gün davam edəcək.