MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyədə 40 şagird toyuq dönərindən zəhərlənib.
Tezadlar.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə Batman şəhərində qeydə alınıb.
Belde Məhəlləsindəki Raman Anadolu Liseyində təhsil alan 40-a yaxın şagirdin səhhətində problem yaranıb. Zəhərlənənlər Batman Təhsil və Araşdırma Xəstəxanasına müraciət ediblər.
Onların bəziləri müalicə olunaraq evə buraxılıb. Digərlərinin səhhətinin qənətbəxş olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.