Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 May 2025 / 11:12

Məhəmməd Əmin Rəsulzadə Seyid Əzim Şirvani haqqında görün nə deyib…-İNANILMAZ!

Məhəmməd Əmin Rəsulzadə: “Əgər bu xalq minlərlə bivec seyidin içindən Seyid Əzim Şirvani yetişdirirsə, bu millətin işığı heç bir zaman sönməyəcək!”.
…Onun vəfat günü bu gün deyil! Lakin bəziləri səhvən zamanı qabaqlayaraq onun ölməyini sanki bir az da tezləşdirmək istəyirlər. Söhbət səsini hər gün gah radiodan, gah da telekranlarımızdan, gah ədəbi məclislərimizdən, hər gün, hər saat, hər dəqiqə eşitdiyimiz satirik maarifçi, qəzəlxan şair Seyid Əzim Şirvanidən gedir. Vaxtım var ikən bir neçə cümlə ilə mən də onu yad etmək qərarına gəldim. Günah olmaz yəqin…
Bəli, bu il özü dediyi kimi “Mövti-cismani ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm, aləmdə səsim var mənim…!” deyən Seyid Əzim Şirvaninin yoxluğundan 137 il ötür. O, 1835-ci ilin iyun ayının 1-də vəfat edib.
Ümumiyyətlə, Azərbaycanın bütün sahələrində, xüsusən də ədabiyyat sahəsində Şirvanın rolu böyükdür. Hətda deyərdim ki, 1918- 1920-ci ildə mövcud olmuş cümhuriyyətin özü də Şirvanşahlar hakimiyyəti üzərindən və onun təsirindən yaranıb. Xalq arasında bir söz var: “Şirvan şairlərinə sahib çıxmır”. Ancaq bu ifadə “Şirvan şairlərinə sahib çıxmır” həqiqətən bir faciə ilə bağlıdır. Bu ifadə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin ölümündən sonra yaranıb. Yenə də deyirəm: Azərbaycanın ən görkəmli şəxsiyyətlərinin dünyaya gəldiyi və yaşadığı Şirvan zonası tariximizin bütün dövrlərində ölkəmizin tarixində mühüm yer tutub. Bir məsəl var el arasında: Səs Qarabağdan, söz Şirvanda dünyaya gəlib. Əlbətdə, Şirvan söz sahibi olan əksər dəyərli insanların yurdu və məskənidir.
Seyid Əzim də istisna deyil. Sələflərinin yolunu davam etdirən ədibimiz çox böyük insanlarımızdan biridir. Bəlkə də ən böyüklərindən. Nahaq yerə Əli Fəhmi demirdi ki, “Məhəmməd Füzuli bu dünyadan köçəndə kölgəsi Yer üzünə düşüb, o kölgə Seyid Əzim Şirvanidir”.
Lakin ovaxt Şamaxının bəzi savadsız dairələri onu gözdən salmaq məqsədi ilə hər yanda geniş təbliğatlar aparıb və şairi “kafir”, “səfeh” adlandırıb. Öz gücünə açdığı 18 il rəhbəri olduğu məktəbi bağlamağa məcbur olur. Bu məktəb bir işıq mənbəyi idi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar da məhz onun məktəbində oxumuşdular.
Mənə maraqldır ki, niyə Azərbaycanda dərsliklərdə, kitablarda, mediada və digər məlumat mənbələrində “1888-ci il iyunun 1-də( və ya mayın 20-də) Şamaxıda vəfat edib” yazılır. Amma heç sual verən yoxdur ki, niyə görə bu böyüklükdə şar və müəllim niyə birdən-birə 53 yaşında qəfil ölsün ax?! Niyə görə ona edilən sui-qəsdi gizlətməyə çalışırlar?
Seyid Əzim Şirvani 1888-ci ilin may ayının 20-də yox, iyun ayının 1-də Şamaxı məscidində döyülərək öldürülüb. Ayaqlar altında onu əziblər…Onun məscidə daxil olmasını görən mollalar qışıqırıb “öldürün kafiri”… Molların bu sözündən sonra yüzlərlə insan onu ayaqlar altına alaraq əzə-əzə qətl ediblər… Meyidini güclə məsciddən çölə çıxardıblar və ailəsinə təhvil veriblər…
Sonra elə özünün vəsiyyətinə əsasən onu Şahxəndan qəbirstanlığında dəfn edirlər. Şaxəndan (Şahi Xəndan) Nəsiminin böyük qardaşı olub.
“Mən öləndə Şahxəndanda basdırın,
Çünki onun Şahi Xəndanı var”, deyirdi Seyid Əzim.
Öldürülmə səbəbləri sırasında qələmə aldığı “Öküş oğlu” şeiri ilə şiələri təhqir etdiyi deyilsə də bu doğru deyil. Çünki bundan əvvəl o, Qaimu Al Muhəmməddur (s) İmami-Qaibim
Xidmət üçün hazirəm, ol Muxtəfadən dönmərəm.
məşhur şerini yazmışdı axı…
Nə isə uzatmaq istəmirəm. Seyid Əzim gələcəyimizə açılan bir günəş idi ! Bu xüsusda böyük M.Ə.Rəsulzadəin fikri nümunədir: “Əfəndilər!
Əgər bu millət minlərlər bivec axundun içindən Mirzə Fətəli Axundov kimi əjdaha yetişdirirsə,minlərlə bivec seyidin içindən Seyid Əzim Şirvani yetişdirirsə, Əfəndilər, əgər bu millət minlərlə bakkalın içindən Mirzə Ələkbər Sabir yetişdirirsə, bu millətin işığı heç bir zaman sönməyəcək!”
sözardı: Seyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatı tarixində görkəmli bir yeri var. O, coşğun lirik əsərlərilə Füzuli ədəbi məktəbinin istedadlı nümayəndəsi, dövrün ictimai bəlaları əleyhinə çevrilən tənqidi şeirlərilə isə qüvvətli bir satirik kimi tanınıb. Onun dərin təsir oyadan lirik şeirləri millətimizin dilindən düşmür. Təbii ki, şairin xalq arasında böyük şöhrət və nüfuz qazanmasının səbəbi, heç şübhəsiz, şeirlərinin xalq həyatından doğmuş olması və yüksək bədii keyfiyyətə malik olması ilə əlaqədardır. Qüdrətli şairin lirik şeirləri insan gəlbini ifadə etdiyi kimi, geriliyi qamçılayan güclü satiraları da “xalqın nöqteyi-nəzərini” ifadə etməkdədir. Azərbaycan şeirinin realist istiqamət üzrə inkişafında Seyid Əzim Şirvaninin böyük rolu əvəzsizdir. Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il iyun ayının 1-də Şamaxıda vəfat edib.
Baba Allahnəzərov, 
araşdırmaçı
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!