Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusunun 10 oktyabr 2025-ci il tarixində atəşkəs qüvvəyə mindiyindən bəri Qəzzada həyata keçirdiyi hücumlarda 247 uşaq və 191 qadın həyatını itirib.
Tezadlar.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın xəstəxana mənbələrinə istinadən məlumatına görə, atəşkəsə baxmayaraq, İsrailin hücumları Qəzzada həyat itkisinə səbəb olmağa davam edir.
Atəşkəs müqaviləsi 10 oktyabr 2025-ci il tarixində qüvvəyə mindikdən bəri İsrail hücumlarında 247 uşaq və 191 qadın da daxil olmaqla 930 nəfər həyatını itirib.
Açıqlamada aprel ayının atəşkəsdən bəri “ən qanlı” dövr olduğu vurğulanıb.
İsrail hücumları səbəbindən mart ayında Qəzzada 79, aprel ayında isə 117 nəfərin öldüyü və may ayında bombardman və itkilərin azalmadığı bildirilib.
Digər tərəfdən, İsrailin sərhəd keçidlərini bağlı saxlaması səbəbindən blokadanın davam etdiyi Qəzzada səhiyyə sektorunun kritik vəziyyətdə olduğu barədə xəbərdarlıq edilib.
Tibbi ləvazimatların və dərmanların girişinin qarşısının alınmasının xəstələrin və yaralıların əzablarını daha da artırdığı vurğulanıb.
Qurban bayramı tətilində İsrailin Qəzzaya hücumlarında 33 fələstinlinin öldüyü, ən azı 130 nəfərin yaralandığı bildirilib.
E.ŞİRİNOV