Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 May 2026 / 15:50

Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Velosiped idmanının trek növü üzrə gənc oğlanlar arasında keçirilən Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

“Tezadlar.az” Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadən xəbər verir ki, Respublika Velotrekində təşkil edilən yarışda 2008/2009-cu il təvəllüdlü oğlanlar mübarizə aparıblar.

Velosipedçilər çempionatda fərdi ötüşmə, çıxmaqla qrup ötüşməsi, omnium və sprint növlərində qüvvələrini sınayıblar.

Fərdi ötüşmə (3 km)

1. Nihad Xudoyev (ROEQİUGVM)

2. Çingiz İsayev (ROEQİUGVM)

1. Rəhim Nağıyev (ROEQİUGVM)

Çıxmaqla qrup ötüşməsi

1. Əli Baxşıyev (ROEQİUGVM)

2. Nicat Şükürzadə (ROEQİUGVM)

3. Həsən Zeynalov (ROEQİUGVM)

Omnium

1. Nihad Xudoyev (ROEQİUGVM)

2. Rəhim Nağıyev (ROEQİUGVM)

3. Murad Nadirov (“Təhsil”)

Sprint

1. Çingiz İsayev (ROEQİUGVM)

2. Murad Nadirov (“Təhsil”)

3. Əli Baxşıyev (ROEQİUGVM)

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!